13 Avqust 11:06 UEFA həmyerlimizi “Sent-Etyenn”in oyununa təyin etdi
FUTBOL xəbərləri 13 Avqust 11:06
844 baxış

UEFA həmyerlimizi “Sent-Etyenn”in oyununa təyin etdi

Azərbaycanlı UEFA nümayəndəsi Orxan Hüseynzadə yeni təyinat alıb. Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu onu Moldovaya göndərir.

 

Hüseynzadə Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində “Milsami” (Moldova) – “Sent-Etyenn” (Fransa) görüşünə UEFA nümayəndəsi kimi təyinat alıb.

 

Qeyd edək ki, avqustun 20-də Kişinyovda keçiriləcək qarşılaşmanı polşalı Pavel Gil idarə edəcək.

Xəbər lenti