29 İyul 11:50 UEFA nümayəndələri Bakı Olimpiya stadionunda - FOTO
FUTBOL xəbərləri 29 İyul 11:50
1026 baxış

UEFA nümayəndələri Bakı Olimpiya stadionunda - FOTO

UEFA-nın nümayəndələri Bakıda olublar. Apasport.az saytının məlumatına görə, qurumun baş əməliyyat meneceri, Milli Assosiasiyalar Departamentinin əməkdaşı Kristof Yunq, stadionlar üzrə inspektor Trygve Borno və media nümayəndəsi Yuliya Zenkoviçdən ibarət nümayəndə heyətinin paytaxtımıza 2 günlük səfər ediblər.

 

Qonaqların səfərində məqsəd AVRO-2016-nın seçmə mərhələsində oktyabrın 10-da keçiriləcək Azərbaycan – İtaliya oyunu öncəsi aparılan hazırlıq işləri ilə maraqlanmaq olub. Nümayəndələr qarşılaşmanın baş tutacağı Bakı Olimpiya Stadionuna baxış keçiriblər. Bununla yanaşı, qonaqlar mətbuat və digər təşkilatı məsələlərlə bağlı öz tövsiyələrini veriblər. 

 

Mənbə: affa.az

Xəbər lenti