15 İyul 12:29 UEFA “Qəbələ”nin oyunu ilə bağlı qərarını açıqladı
FUTBOL xəbərləri 15 İyul 12:29
1323 baxış

UEFA “Qəbələ”nin oyunu ilə bağlı qərarını açıqladı

Avropa Liqasının II təsnifat mərhələsində “Çukariçki” ilə qarşılaşacaq “Qəbələ” rəqibini Bakıda qəbul edəcək. Apasport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iyulun 23-də keçirilməli olan matç paytaxtdakı “Baksell Arena”da baş tutacaq.

 

“Qəbələ” klubu əvvəlcə “Çukariçki”yə müraciət edərək, matçın Bakıda keçirilməsi ilə bağlı onların razılığını aldıqdan sonra AFFA-ya məktub ünvanlamışdı. Federasiya da öz növbəsində, həmin məktubu UEFA-ya göndərmişdi.

 

Avropanın ali futbol qurumu “Qəbələ”nin istəyini müsbət cavablandırıb.

 

Qeyd edək ki, ayın 23-də Bakıda “Qəbələ” – “Çukariçki” matçından əlavə, “İnter” – “Hafnafyordur” görüşü də keçiriləcək. Hər iki oyun 21:00-da başlayacaq.

Xəbər lenti