6 Oktyabr 23:19 UEFA ruslar üçün yunan xanım göndərdi
FUTBOL xəbərləri 6 Oktyabr 23:19
1054 baxış

UEFA ruslar üçün yunan xanım göndərdi

UEFA Avro-2016-nın seçmə mərhələsi çərçivəsində baş tutacaq Moldova – Rusiya oyunu üçün yunan hakimlər briqadası təyin edib. Apasport.az saytının məlumatına görə, briqada üzvlərindən biri xanımdı.

 

Belə ki, matçda baş hakim Mixail Kukulakisə yardım edəcək yan xətt hakimlərindən biri xanım laysman Xrisula Kurobili olacaq.

 

Təcrübəli hakim xanım 2008-ci ildən bəri FİFA dərəcəsi daşıyır. Bu vaxta qədər bir çox önəmli oyunlarda hakim köməkçisi olmuş Kurobili Çempionlar Liqası və Avropa Liqasında da boy göstərib.

 

Moldova – Rusiya oyunu isə onu karyerasındakı ilk kişi milli komandalarının oyunu olacaq.

Xəbər lenti