12 Avqust 08:05 UEFA Superkubokun ən yaxşı futbolçusunu seçdi
FUTBOL xəbərləri 12 Avqust 08:05
608 baxış

UEFA Superkubokun ən yaxşı futbolçusunu seçdi

Avropa Superkubokunun ən yaxşı futbolçusu məlum olub. Apasport.az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, "Barselona" - "Sevilya" matçının ən yaxşısı kataloniyalıların lideri Lionel Messi seçilib.

 

Tiflisdə baş tutan görüşdə argentinalı futbolçu dubl edərək, komandasının (5:4) qələbəsində mühüm rol oynayıb. O, qarşılaşmanın ilk hissəsində cərimə zərbəsindən 2 qol vuraraq, “Barsa”nın hesabda önə keçməsinə şərait yaratmışdı.

 

Bununla Messi "Sevilya"ya qarşı keçirdiyi 24-cü oyununda vurduğu qolların sayını 24-ə çatdırıb.

Xəbər lenti