12 Avqust 09:45 UEFA Superkubokunda “Barselona” və İspaniya fərqi
FUTBOL xəbərləri 12 Avqust 09:45
5766 baxış

UEFA Superkubokunda “Barselona” və İspaniya fərqi

“Barselona” UEFA Superkubokunu ən çox qazanan iki komandadan biri olub. Apasport.az saytının məlumatına görə, Kataloniya klubu dünən “Sevilya”nı məğlub edərək, tarixində 5-ci dəfə kuboku muzeyinə aparıb.

 

Bundan əvvəl 1992, 1997, 2009 və 2011-ci ildə UEFA Superkubokunun qalibi olan İspaniya nəhəngi bununla “Milan”a çatıb. 1989, 1990, 1994, 2003 və 2007-ci ildə Superkuboku qazanan “rossonyerlər” 8 il idi ki, bu baxımdan mütləq rekordçu idi.

 

Bundan başqa, “Barselona” UEFA Superkubokunda ən çox iştirak edən komanda üvnanını da qoruyub. Həlledici qarşılaşmada 4 dəfə (1979, 1982, 1989, 2006) məğlub olan “Barsa” 9 Superkubok matçına çıxmaqla, öz rekordunu yeniləyib. Onu 7 dəfə Superkubokda iştirak edən və bunun yalnız 2-də (1973, 1993) uduzan “Milan” izləyir.

 

“Barselona”nın bu uğuru İspaniyanın da rekordunu yeniləməsi ilə nəticələnib. Belə ki, 1972-ci ildən təşkil edilən bu yarışda ispanların 12 qələbəsi var. Onların ən yaxın izləyicisi olan italyanlarda bu say 9-du.

 

İspaniya həm də komandaları Superkubokda ən çox iştirak edən ölkədi. Bu ölkənin 6 komandası (“Barselona”, “Real”, “Sevilya”, “Valensiya”, “Atletiko”, “Saraqosa”) ümumilikdə 22 dəfə Superkubok iştirakçısı olub. Bu baxımdan ikinci yeri İngiltərə tutur – 15 dəfə (7 qələbə, 8 məğlubiyyət).

 

Qeyd edək ki, 2009-cu ildən bəri keçirilən 7 Superkubok matçının 6-nı İspaniya klubu qazanıb. Bu uğurun 3-ü “Barselona”nın aktivindədi. Son iki ildə isə Superkubokda yalnız ispanlar iştirak edirlər. Ötən il də həlledici görüşdə meydançaya çıxan “Sevilya”nın həmin vaxt rəqibi “Real” idi.

Xəbər lenti