11 Noyabr 14:44 Ukrayna – Sloveniya oyunu isveçli hakimə tapşırıldı
FUTBOL xəbərləri 11 Noyabr 14:44
608 baxış

Ukrayna – Sloveniya oyunu isveçli hakimə tapşırıldı

AVRO-2016-nın pley-off mərhələsinin daha iki matçına hakim təyinatları açıqlanıb. Apasport.az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, Ukrayna – Sloveniya və İsveç – Danimarka oyunlarını idarə edəcək referilər bəllidi.

 

Noyabrın 14-də Lvovda Sloveniyanı qəbul edəcək ukraynalıların qarşılaşmasında isveçli Yonas Eriksson ədaləti qoruyacaq. Solna şəhərində oynanılacaq İsveç – Danimarka görüşündə isə məşhur italyan referi Nikola Ritsoli fit çalacaq.

 

 

14 noyabr
 

21:00. Ukrayna – Sloveniya

Hakimlər: Yonas Eriksson, Matias Klasenius, Daniel Vernmark, Fredrik Nilsson

Əlavə hakim köməkçiləri: Stefan Yohannesson, Markus Stromberqsson (hamısı İsveç)

Hakim-inspektor: Françesko Byanki (İsveçrə)                                 

UEFA nümayəndəsi: Mətin Kazancıoğlu (Türkiyə)

 

23:45. İsveç – Danimarka

Hakimlər: Nikola Ritsoli, Elenito Di Liberatore, Mauro Tonolini, Andrea Padovan

Əlavə hakim köməkçiləri: Luka Banti, Antonio Damato (hamısı İtaliya)

Hakim-inspektor: Oğuz Sarvan (Türkiyə)                                        

UEFA nümayəndəsi: Berri Brayt (İngiltərə)

 

Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşmaları noyabrın 17-də keçiriləcək.

Xəbər lenti