27 Oktyabr 12:46 Ukraynalı futbolçu: Belə çıxır ki, “Dnepr”ə lazım deyiləm
FUTBOL xəbərləri 27 Oktyabr 12:46
1348 baxış

Ukraynalı futbolçu: Belə çıxır ki, “Dnepr”ə lazım deyiləm

“Yeni müqavilə üçün rəhbərlikdən heç kim mənimlə söhbət etməyib”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin də maraq dairəsində olduğu iddia edilən ukraynalı hücumçu Yevgeni Seleznyov deyib.

 

“Dnepr” klubunun forvardı klubu ilə mövsümün sonuna qədər olan müqavilə müddətini hələ də uzatmayıb.

 

Ukrayna, Türkiyə, Yunanıstan və Rusiya klublarının maraq dairəsində olan 30 yaşlı oyunçu yerli mətbuata açıqlamasında “Dnepr”dən ayrılacağını istisna etməyib: “Anlaşmam bitmək üzrədi, amma hələ də bu barədə heç kim mənə yaxınlaşmayıb. Mən özüm də heç kimə heç nə deməmişəm. Belə çıxır ki, “Dnepr”ə lazım deyiləm”.

 

Qeyd edək ki, Ukrayna mətbuatı Yevgeni Seleznyovun “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukun transfer gündəmində olduğunu iddia edir.

Xəbər lenti