29 İyul 11:24 “Ukraynalılar Azərbaycana ancaq pula görə gedirlər” – Valeri Kutsenko
FUTBOL xəbərləri 29 İyul 11:24
3722 baxış

“Ukraynalılar Azərbaycana ancaq pula görə gedirlər” – Valeri Kutsenko

“AZAL-dan ayrılandan sonra komanda axtarmaq mənə asan başa gəlmədi. Düzdü, Ukrayna Premyer Liqasından daha bir təklif almışdım. Ancaq “Çernomorets”lə razılığa gələsi oldum”. Apasport.az saytı xəbər verir ki, bu sözləri AZAL klubunun sabiq futbolçusu Valeri Kutsenko deyib.

 

Yay fasiləsində AZAL-ı tərk edib, “Çernomorets” klubu ilə anlaşan ukraynalı yarımmüdafiəçi ölkəsinin mətbuatına müsahibə verib.

 

Müsahibədə Azərbaycanla bağlı da danışan 29 yaşlı futbolçu maraqlı fikirlər səsləndirib.

 

O, AZAL-dan getməsinin səbəbini klubun üzləşdiyi maddi problemlə əlaqələndirib: “Əslində, mənim AZAL-la davam edən müqaviləm var idi. İstirahətə buraxıldığımızdan, Ukraynaya gəlmişdim və geri dönməyə hazırlaşırdım. Ancaq həmin vaxt Azərbaycandan zəng gəldi. Dedilər ki, AZAL maliyyə problemi ilə üzləşib və daha legionerləri saxlaya bilməz. Bu səbəbdən klubla yollarım ayrıldı, Ukraynada variantlar axtarmağa başladım”.

 

Azərbaycan və Ukrayna futbolunu müqayisədə edən Kutsenko həmyerlilərinin ölkəmizə ancaq pula görə gəldiklərini vurğulayıb: “Azərbaycan və Belarusla müqayisədə, Ukraynada stadiona daha çox azarkeş gəlir. Hiss olunur ki, onlar öz komandalarını necə dəstəkləyirlər. AZAL Azərbaycanda maddi cəhətdən stabil klublardan sayılırdı. Bununla belə, AZAL-da əvvəllər oynadığım Ukraynanın ortabab klublarından qat-qat az maaş alırdım. Bəli, ukraynalı futbolçular və məşqçilər Azərbaycana ancaq pula görə gedirlər”.

 

Təcrübəli yarımmüdafiəçi bildirib ki, qışda AZAL-a keçidində də maddi amil rol oynayıb: “Məsələ burasındadı ki, mən həmin vaxt komanda axtaranda Ukraynadan təklif yox idi. Azərbaycandan bir agent zəng elədi və dedi ki, AZAL variantı var. Mən ora baxışa yox, birbaşa müqavilə imzalamağa getmişdim. Ancaq komandada maddi problem yaranandan sonra qərar qəbul etdim ki, Ukraynaya qayıdım”.

 

Xəbər lenti