22 İyul 19:48 “Ümid edirik ki, tarix təkrarlanmayacaq” – “Hafnarfyordur”un baş məşqçisi
FUTBOL xəbərləri 22 İyul 19:48
4563 baxış

“Ümid edirik ki, tarix təkrarlanmayacaq” – “Hafnarfyordur”un baş məşqçisi

“İlk oyunda biz pis oynamamışdıq, sadəcə bəzi məqamlarda səhvlərimiz oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri UEFA Avropa Liqası II tur cavab qarşılaşmasında Bakıda “İnter”in qonağı olacaq “Hafnarfyordur”un baş məşqçisi Heymur Qudyonsson deyib.

 

Matçdan əvvəl mətbuat konfransında iştirak edən rəqib baş məşqçi oyun haqqında fikirlərini bölüşüb:

 

“Qırmızı vərəqə və qapımıza təyin olunan penaltidən sonra oyunda vəziyyət tamamilə dəyişdi. Hazırda əhval-ruhiyyəmiz əladı. Çətin oyun olacağını bilirik. Sabahkı oyunda mümkün qələbə bizə “Atletik”ə qarşı oynamaq imkanı verəcək. Növbəti mərhələyə keçməyi çox istəyirik. Bizim üçün çox vacibdi”.

 

10 il əvvəl oyunçu kimi komandası ilə “Neftçi”yə qarşı oynadığını xatırladan Qudyonsson tarixin təkrarlanmaması üçün ümid etdiklərini deyib:

 

“Ümid edirik ki, “Neftçi” ilə oyundakı tarix təkrarlanmayacaq. Onda da evdə 1:2 məğlub olub, Bakıda da 2:0 uduzmuşduq. Yeri gəlmişkən mən özüm də həmin oyunların iştirakçısı olmuşam”.

 

Qonaq çalışdırıcı Bakının iqlimi haqqında verilən suala cavab olaraq isə isti havanın onları o qədər narahat etmədiyini deyib:

“İsti hava şəraitinin oyunumuza mane olacağını düşünmürəm. Oyun Axşam saat 9-da başlayacaq və kifayət qədər sərinlik olacaq”.

Xəbər lenti