14 İyul 15:40 Ümit Özat azərbaycanlı futbolçulara görə istefa verib - Türkiyə mətbuatı
FUTBOL xəbərləri 14 İyul 15:40
1551 baxış

Ümit Özat azərbaycanlı futbolçulara görə istefa verib - Türkiyə mətbuatı

“Boluspor” klubunun baş məşqçisi Ümit Özatın sürpriz istefasının pərdəarxası məqamları üzə çıxıb. Apasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, transfer məsələsində gənc çalışdırıcı ilə klub rəhbərliyi arasında fikir ayrılığı yaranıb.

 

Məsələ burasındadı ki, Özat bir neçə gün öncə 8 transfer etdiklərini bildirsə də, üstündən 10 gün vaxt keçməsinə rəğmən, heç bir oyunçudan xəbər çıxmaması baş məşqçinin səbr kasasını daşırıb. Həmkarlarımız iddia edir ki, rəhbərlik transfer məsələsində fəallıq göstərmədiyi bir məqamda Özat heç kimə xəbər vermədən Azərbaycandan 2 futbolçu – Ruslan Tağızadə və Nurlan Novruzovu Boluya gətirtdirib.

 

Rəhbərlik bundan xəbər tutanda həmyerlilərimizin transferinə qarşı çıxıb. Özat isə israrla azərbaycanlı futbolçuları komandasında görmək istədiyini bildirib.

 

Novruzov və Tağızadənin Boluya klub rəhbərliyinin dəvəti olmadan getdikləri və onlara rəhbərlik tərəfindən təyyarə bileti alınmadığı bildirilir. İddiaya görə, bilet problemini Özat şəxsi hesabına həll edib.

 

Rəhbərlik transferlərə qarşı çıxanda isə 39 yaşlı çalışdırıcı istefa verdiyini bildirərək, komandadan ayrılıb.

 

 

Xəbər lenti