19 Sentyabr 23:37 “Üstümüzdə heç bir təzyiq yoxdu” – Yunis Hüseynov
FUTBOL xəbərləri 19 Sentyabr 23:37
6042 baxış

“Üstümüzdə heç bir təzyiq yoxdu” – Yunis Hüseynov

Ötən gün "Bakı Olimpiya Stadionu"nun ehtiyyat meydançasında "Xəzər Lənkəran" Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində "Neftçi" ilə oyun öncəsi son məşqini keçirib. Apasport.az saytının məlumatına görə, məşqdən əvvəl cənub təmsilçisinin baş məşqçisi Yunis Hüseynov jurnalistlərin suallarını cavablandırıb.


- “Böyük oyun”a hazırlıqlar necə keçir?
- Matça ciddi hazırlaşırıq. Azarkeşlərimiz də bu oyunu gözləyir. Təəssüf ki, yeni transferlərimiz bu qarşılaşmada çıxış edə bilməyəcək. Amma buna baxmayaraq çalışacağıq ki, gənc fubolçularla Lənkərana yaxşı nəticə ilə qayıdaq.


- Bu gənc heyətlə 4-cü turu çıxmaqla məğlub olmamışdınız. Ötən turda isə kifayət qədər dişli kollektivlə vuruşa bildiniz. Bəs Bakıdan 3 xal aparmaq real görünürmü?
- Hər bir oyundan 3 xal aparmaq real görünür. Ona görə də, meydanda mübarizə aparmaq lazımdı. Artıq bu gənclərin xal qazanmaq vaxtıdı. 


- Bakıda oynamaq sizə hansısa təzyiq göstərəcəkmi?
- Üstümüzdə heç bir təzyiq yoxdu. Qalib gələcəyimizə inanıram. Azarkeşlər də komandadan qələbə gözləyir.


- Sabah “Xəzər Lənkəran” azarkeşlərinin olmaması komandanın oyununa təsir göstərə bilərmi?
- Əlbəttə, azarkeşlərin olmaması oyunumuza mənfi təsir göstərəcək. Əgər bu, “Böyük oyun”dusa, azarkeşlər olmalı idi. 


- Siz həmişə cəsarətli məşqçi kimi fubolsevərlərin qəlbini oxşaya bilmisiniz. "Spartak Trnava" oyunundan öncə sizə sual vermişdim ki, nə gözləyirsiniz? Demişdiniz ki, çıxacağam, udacağam! “Neftçi” ilə matç öncəsi o sözü deyə bilərsiniz?
- Mən həmişə deyirəm, udacağıq! (gülür).

 

Mənbə: futbolinfo.az

Xəbər lenti