28 Avqust 01:14 “Üzücü məğlubiyyətdi, ağırdı” - “Panatinaikos”un baş məşqçisi
FUTBOL xəbərləri 28 Avqust 01:14
7203 baxış

“Üzücü məğlubiyyətdi, ağırdı” - “Panatinaikos”un baş məşqçisi

“Hələ oyuna qədər demişdim ki, Avrokubokda asan rəqib olmur. Bu gün də o baş verdi”. Apasport.az saytının məlumatına görə, bunu “Panatinaikos”un baş məşqçisi Yannis Anastasiu deyib.

 

Yunanıstan klubu UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Qəbələ”ni qəbul edib və görüş 2:2 hesabı ilə nəticələnib. Bakıda qolsuz heç-heçə qeydə alındığından, qrup mərhələsinə “Qəbələ” vəsiqə qazanıb.

 

Afina təmsilçisinin çalışdırıcısı oyundan sonrakı mətbuat konfransında məyusluğunu bu şəkildə ifadə edib: “Biz oyuna yaxşı başladıq. Qapı dirəyi ilk dəqiqələrdə rəqibi xilas etdi. Hesab 1:1 olsa da, bu, bizi qane etmirdi. Biz yaxşı qol vəziyyətləri yaratmağa çalışırdıq. Avrokubokda səhvlər bağışlanmır. Qrupa düşə bilmədik. Futbolçulardan şikayətim yoxdu. Onlar çoxlu sayda qol imkanı yaratdılar. Təxminən 20-25 dəqiqə komanda oyundan qopmuşdu. Çox qaçırdılar, amma oyuna nəzarət etmirdilər. Əzmkar oynamadılar. Üzücü məğlubiyyətdi, ağırdı, amma toparlanmalıyıq. Həftəsonu çempionat oyunumuz olacaq. Artıq ona köklənmək lazımdı. 64 faiz topa nəzarət etdik, amma konsentrasiya çatmadı”.

 

Xəbər lenti