12 Sentyabr 12:07 “Vacib iş görəndə Mübariz Mənsimovun xeyir-duası alınır”
FUTBOL xəbərləri 12 Sentyabr 12:07
1524 baxış

“Vacib iş görəndə Mübariz Mənsimovun xeyir-duası alınır”

“Maaşını vaxtında vermədiyimiz üçün komandanı tərk edən futbolçu yoxdu”. Apasport.az saytının xəbərinə görə, bu sözləri “Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirov deyib.

 

Klubun maliyyə problemi ilə üzləşdiyi haqda yayılan xəbərlərə münasibət bildirən Nadirov bildirib ki, maaşlarda yubanma ola bilər: “3 gün tez, 4 gün gec verilə bilər. Deyə bilmərəm ki, vəziyyət idealdı. Bu, normal prosesdi. Hər futbolçunun müqaviləsində göstərilir ki, filan tarixə qədər məvacibini almalıdı. Səmimi şəkildə qeyd etmək istəyirəm ki, bəzən mediada dezinformasiyalar yayılır. Məlumat getmişdi ki, guya Alfred Sanko bizdən şikayət etməyə hazırlaşır. Əlimizdə sənəd var ki, qarşılıqlı şəkildə müqaviləyə xitam vermişik”.

 

Nadirov əlavə edib ki, fəxri-prezident Mübariz Mənsimov daim klubla maraqlanır: “Prezident isə Mais Mənsimovdu. Amma bir vacib iş görəndə Mübariz Mənsimovun xeyir-duası alınır. Biz hansısa məhkəməni qazananda ən birinci bunu 2 nəfər bilirsə, onlardan biri məhz fəxri prezidentimiz olur. O, həmişə klubun yanındadı”.

Xəbər lenti