6 İyul 11:48 Van Persi İstanbula gəlir
FUTBOL xəbərləri 6 İyul 11:48
949 baxış

Van Persi İstanbula gəlir

“Fənərbaxça” Luiş Nanidən sonra daha bir ulduz futbolçunu transfer etməyə hazırlaşır. Apasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul nəhəngi “Mançester Yunayted”in hücumçusu Robin van Persini heyətinə qatmaq üzrədi.

 

“Fənərbaxça” rəhbərliyi bu gün son dəfə “Mançester Yunayted” rəsmiləri ilə bir araya gələcək. Tərəflər arasında ilkin razılığa görə, ingilislər bu keçiddən 5 milyon funt-sterlinq qazanc əldə edəcəklər.

 

Sabah İstanbula gəlməsi gözlənilən hollandiyalı forvard isə razılıq verəcəyi təqdirdə “Fənər”lə 4 illik müqavilə imzalayacaq və illik məvacibi 4 milyon avro təşkil edəcək.

Xəbər lenti