11 İyul 16:04 Van Persinin Türkiyəyə gələcəyi tarix məlum oldu - FOTO
FUTBOL xəbərləri 11 İyul 16:04
912 baxış

Van Persinin Türkiyəyə gələcəyi tarix məlum oldu - FOTO

“Mançester Yunayted”in hücumçusu Robin van Persinin Türkiyəyə gələcəyi tarix müəyyənləşib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, hollandiyalı futbolçu sabah İstanbula ayaq basacaq.

 

“Fənərbaxça” ilə ilkin müqavilə bağlayan hollandiyalı forvardın təyyarə biletinin şəkli mediada yayılıb. O, sabah Mançesterdən yola düşəcək və Bakı vaxtı ilə saat 19:30-da İstanbulda olacaq. Van Persinin iyulun 13-də “Fənərbaxça”da tibbi müayinədən keçməsi və yeni komandası ilə rəsmi müqavilə imzalaması gözlənilir.

 

Qeyd edək ki, Robin van Persi “Mançester Yunayted”ə 2012-ci ildə “Arsenal”dan keçmişdi.

Xəbər lenti