6 Oktyabr 22:09 Veteranlar arasında dünya çempionatı keçiriləcək
FUTBOL xəbərləri 6 Oktyabr 22:09
777 baxış

Veteranlar arasında dünya çempionatı keçiriləcək

Meksikada veteran futbolçular arasında dünya çempionatı keçiriləcək. Apasport.az saytının ESPN-ə istinadən məlumatına görə, 35-45 yaşlı futbolçuların birinciliyinin 2017-ci ildə baş tutması planlaşdırılır.

 

Turnirin oyunlarının Meksikanın 3 şəhərində - Qvadalxara, Mexiko və Monterreydə keçiriləcəyi gözlənilir.

 

Hələlik mundialda 12 komandanın iştirakı planlaşdırılır. Hollandiya, Almaniya, Fransa, İspaniya, İtaliya, İngiltərə, Meksika, ABŞ, Braziliya, Argentina, CAR və Yaponiya kimi yığmalar artıq iştiraka razılıq veriblər.

 

Azarkeşlər Zinəddin Zidan, Denis Berqkamp, Mixail Ballak, Klarens Zidorf, Qaisika Mendieta, Xuan Sebastian Veron və digər bu kimi yaxın keçmişin məşhur ulduzlarını yenidən yaşıl meydanlarda görə biləcəklər.

Xəbər lenti