26 Avqust 14:35 “Vəziyyəti tarazlaşdırmaq üçün bizə cəmi 1 qol lazımdı” - “Yanq Boyz"un məşqçisi
FUTBOL xəbərləri 26 Avqust 14:35
4385 baxış

“Vəziyyəti tarazlaşdırmaq üçün bizə cəmi 1 qol lazımdı” - “Yanq Boyz"un məşqçisi

“Qarabağ”la qarşılaşma çox çətin olacaq. Amma komandamız tamamilə bu matça köklənib”. Apasport.az saytının məlumatına görə, bu sözləri İsveçrənin “Yanq Boyz” klubunun baş məşqçisi vəzifəsini icra edən Harald Qamperle deyib.

Sabah Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda “Qarabağ”la qarşılaşacaq Bern təmsilçisinin çalışdırıcısı Bakıdakı matç haqda fikirlərini açıqlayıb. Görüşün vacibliyini vurğulayan Qamperle qrup mərhələsinə düşmək iddiasında olduqlarını bildirib:

“ Bakıdakı görüş bizim üçün çox  önəmlidi. Çünki qrup mərhələsinə vəsiqə qazanmaq əzmindəyik. Ölkə çempionatının son qarşılaşmasında da göstərdik ki, nə qədər çətin durumda olsaq da, qalib gəlməyi bacarırıq. Vəziyyəti tarazlaşdırmaq üçün bizə cəmi 1 qol lazımdı. Bunun üçün də 90 dəqiqə vaxtımız var”.

 

Qeyd edək ki, “Qarabağ” İsveçrədə keçirilən ilk oyunda “Yanq Boyz”u 1:0 hesabı ilə məğlub edib.

 

Xəbər lenti