17 İyun 20:36 Vidala cəza verilməyəcək
FUTBOL xəbərləri 17 İyun 20:36
465 baxış

Vidala cəza verilməyəcək

Çili yığmasının və “Yuventus”un yarımmüdafiəçisi Arturo Vidal gözlənilənlərin əksinə olaraq milli komandanın düşərgəsindən uzaqlaşdırılmayacaq. Apasport.az saytının məlumatına görə, bu barədə Çili yığmasının baş məşqçisi Xorxe Sampaoli məlumat verib.

 

Hazırda vətənində keçirilən Amerika Kubokunda iştirak etmək üçün milli komandanın heyətində olan Vidal ötən gün avtoqəzaya düşmüşdü. Yerli məhkəmə orqanları qəzada futbolçunu günahkar hesab etmiş, üstəlik spirtli içki qəbul etdiyi üçün sürücülük hüququndan məhrum edib.

 

Ancaq milli komandanın baş məşçqisi Sampaoli bunun o qədər də ciddi qayda pozuntusu olmadığını düşünür:

 

“Bəli, Arturo səhv edib. Ancaq bu, o qədər də ciddi səhv deyil ki, onu milli komandadan uzaqlaşdıraq”.

 

Xatırladaq ki, Vidal artıq Amerika Kuboku çərçivəsində milli komanda ilə 2 oyuna çıxıb və 3 qola imza atıb.

Xəbər lenti