9 Sentyabr 00:23 Viktor Onopkonun Rusiya millisindəki rekordu qırıldı
FUTBOL xəbərləri 9 Sentyabr 00:23
809 baxış

Viktor Onopkonun Rusiya millisindəki rekordu qırıldı

Rusiya millisinin və Moskva MOİK-inin müdafiəçisi Sergey İqnaşeviç Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Lixteynşteynlə oyunda meydana çıxaraq karyerası ərzində 110-cu dəfə millisinin şərəfini qoruyub. Apasport.az saytının məlumatına görə, İqnaşeviç bu göstərici ilə Rusiya millisinin əfsanəvi kapitanı Viktor Onopkonu qabaqlayıb.

 

Belə ki, Onopko karyerası ərzində millinin formasını 109 dəfə geyinib.

 

36 yaşlı İqnaşeviç isə artıq milli komandanın mütləq rekordçusudu.

 

Qeyd edək ki, Onopko 4 dəfə də MDB yığmasının şərəfini qoruyub.

Xəbər lenti