29 Oktyabr 10:04 Vitali Vernidubun atası “Qəbələ”dən danışdı: Yaşı az deyil, ailəlidi
FUTBOL xəbərləri 29 Oktyabr 10:04
2189 baxış

Vitali Vernidubun atası “Qəbələ”dən danışdı: Yaşı az deyil, ailəlidi

“Oğlum “Qəbələ”yə çoxdan keçsə də, hələ də bu barədə söhbətlər bitmək bilmir. Sizdən fərqli, mən bunu gözlənilməz addım hesab etmirəm”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Qəbələ”nin futbolçusu Vitali Vernidubun atası Yuri Vernidub deyib.

 

“Zarya”nın baş məşqçisi Ukrayna mətbuatına açıqlamasında növbəti dəfə oğlu və “Qəbələ” barədə fikirlərini bildirib.

 

Onun fikrincə, oğlu “Qəbələ”yə keçməklə düz addım atıb: “Ortada maliyyə məsələsi var idi. Vitalinin yaşı az deyil, üstəlik, ailəlidi. Əgər bu yaşda sərfəli təklif alırsa, niyə qəbul etməməlidi? “Qəbələ” rəhbərliyi və məşqçilər korpusu oğlumun xidmətində maraqlı idilər. Bu komandanı Roman Qriqorçuk çalışdırır. Bilirsiz ki, o, uzun müddət Ukraynada işləyib”.

 

Yuri Vernidub “Qəbələ”nin Azərbaycan Premyer Liqasının cari mövsümündə çempionluq uğrunda mübarizə apardığını qeyd edib: “Qəbələ” iddialı komandadı. Bu mövsüm qarşılarına çempion olmaq məqsədi qoyublar. Hazırda “Qarabağ”la çempionluq mübarizəsi aparırlar. Həm bu, həm də klubun maddi durumundakı stabillik Vitalinin “Qəbələ”yə keçidində rol oynadı”. 

Xəbər lenti