11 İyul 18:27 Vitselin əvəzinə Menez təklif olunacaq
FUTBOL xəbərləri 11 İyul 18:27
713 baxış

Vitselin əvəzinə Menez təklif olunacaq

İtaliyanın “Milan” klubu “Zenit”in yarımmüdafiəçisi Aksel Vitselin xidmətlərində maraqlıdı. Apasport.az saytının “Football İtalia”ya istinadən məlumatına görə, milanlılar belçikalı futbolçu üçün növbəti dəfə “Zenit”in "qapısını döyəcəklər".

 

Bildirilir ki, ruslar 26 yaşlı futbolçu üçün 30 milyon avro tələb edirlər. “Rassioneri”lərin isə 20 milyondan artıq ödəmək fikri yoxdu.

 

Mənbənin iddiasına görə, “ağ-qaralar” Vitselin keçidi üçün qarşı tərəfə hətta fransız hücumçu Menezi də təklif etməyə hazırlaşırlar.

 

Qeyd edək ki, Aksel Vitsel 2012-ci ildən “Zenit”in şərəfini qoruyur. O, sankt-peterburqlularla meydana çıxdığı 77 oyunda 12 dəfə fərqlənməyə imkan tapıb.

Xəbər lenti