25 İyul 15:45 Xavyer Eraso: Bizə “İnter”lə bağlı xəbərdarlıq edilib
FUTBOL xəbərləri 25 İyul 15:45
1124 baxış

Xavyer Eraso: Bizə “İnter”lə bağlı xəbərdarlıq edilib

“İnter”lə qarşılaşmalarda arxayınlaşmaq olmaz. Bunu çox yaxşı başa düşürük”. Apasport.az saytının məlumatına görə, bu sözləri İspaniya “Atletik”inin futbolçusu Xavyer Eraso deyib.

 

2 illik fasilədən sonra yenidən Bilbao klubunda çıxış edəcək 25 yaşlı yarımmüdafiəçi Avropa Liqasının III təsnifat mərhələsinin Bakı “Inter”i ilə qarşılaşmaları haqda fikirlərini açıqlayıb: “Azərbaycan təmsilçisi elə komandadı ki, bizim səhvimizi bağışlamaz. Baş məşqçimiz tərəfindən bizə rəqiblə bağlı xəbərdarlıq edilib. “İnter”i yaxşı təhlil etmişik. Bilirik ki, çox ciddi rəqibdi. Səbirsizliklə ilk qarşılaşmanı gözləyirəm. Çünki bu oyun mənim üçün də “Atlıetik”inə dönüşümdən sonra ilk matçdı. Yenidən “San Mames”də meydana çıxmaq istəyirəm. Baş məşqçimiz mənə şans versə, “İnter”lə qarşılaşmada əlimdən gələni edəcəyəm”.

 

Qeyd edək ki, “Atletik”lə “İnter” arasında ilk oyun iyulun 30-da Bilbaoda keçirilcək.

 

 

Xəbər lenti