18 İyul 18:33 Xəbər təsdiqləndi: “Simurq”un dağılacağı rəsmən açıqlandı
FUTBOL xəbərləri 18 İyul 18:33
1653 baxış

Xəbər təsdiqləndi: “Simurq”un dağılacağı rəsmən açıqlandı

Ötən gün Zaqatalanın “Simurq” klubun dağıldığını, onun yerinə isə yeni mövsümdə “Rəvan”ın iştirak edəcəyini özəl xəbər kimi diqqətinizə çatdırmışdıq. Apasport.az saytının məlumatına görə, artıq bu məsələ öz təsdiqini tapıb. 


Peşəkar Futbol Liqası tərəfindən iyulun 21-də keçiriləcək püşkatmada “Simurq”un yox, “Rəvan”ın iştirak edəcəyini dəqiqləşdirmişik.

 

Zaqatala klubunun dağıldığını saytımıza açıqlamasında bu komandada baş məşqçi kimi çalışmış Rövşən Babayev də təsdiqləyib: “20 dəqiqə bundan qabaq mənə “Simurq”un icraçı direktoru Vaqif Əliyevdən zəng gəldi. Dedi ki, bizi çıxardıb, püşkatmaya “Rəvan”ı saldılar. Biz də bu vaxta kimi kişi kimi gözlədik, gələn təklifləri geri çevirdik. Bizimlə bərabər 15 məşqçi və oranın camaatı neçə aydı bir qəpik maaş almır. Axırda klub prezidenti Anar Bəkirovu tapdım. Telefonlara cavab vermirdi. O da dedi ki, mənim də əlimdən bir şey gəlmir. Mənə dedi ki, gedin şikayət edib, pulunuzu alın. Bəs, biz kimə müraciət edək? Bu qədər çalışdıq, bölgə futbolunu ayağa qaldırdıq. Axırda bölgəni futbolsuz, bizi də komandasız qoydular”. (sport7.az)

Xəbər lenti