27 Aprel 10:06 “Xəzər Lənkəran” bütün mövqelərə futbolçu axtarır
FUTBOL xəbərləri 27 Aprel 10:06
3275 baxış

“Xəzər Lənkəran” bütün mövqelərə futbolçu axtarır

“Yaxşı futbolçu axtarmaq məqsədilə gələn ay səfərə çıxacağıq. İlk gedəcəyimiz ölkə Mali olacaq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın idman direktoru Yunis Hüseynov deyib.

 

Növbəti mövsümdən yenidən iddialı olmağı hədəfləyən “Xəzər Lənkəran” futbolçu axtarışına çıxır. Bu məqsədlə klubun idman direktoru Yunis Hüseynov və tərçüməçi Elvar Quliyev mayın 1-5-i aralığında Afrikaya yollanacaq.

 

Səfərdə məqsəd konkret hansısa futbolçuların oyununu izləmək deyil. Hüseynovun sözlərinə görə, özünü yaxşı tərəfdən göstərən oyunçuların adları transfer siyahısına daxil ediləcək: “Konkret futbolçu yoxdu ki, gedək onu izləməyə. Biz orda olduğumuz müddətdə bütün oyunlara baxacağıq. Neçə gün qalacağımız bilinmir. Bizə tapşırılmayıb ki, konkret filan mövqeyə oyunçu tapın. Yaxşı futbolçular olsa, bütün mövqelərə axtaracağıq. Təki istədiyimiz səviyyədə oyunçu tapaq. Qarşımızda sayla bağlı limit də qoyulmayıb. Bəyəndiyimiz hər bir futbolçunu transfer etməyə çalışacağıq”.

 

Hüseynov bildirib ki, səfər zamanı “Xəzər Lənkəran”ın malili futbolçusu Sadio Tounkaranın da köməyindən yararlanacaqlar: “Tounkara futbolçu tapmaqda bizə yardımçı olmayacaq. O, heç bir oyunçunu məsləhət görməyib. Amma bəzi məsələlərdə köməyi dəyəcək. Mən istəyirəm ki, futbolçulara gedib, özüm baxam. Mali və Qana ilə yanaşı, planımızda var ki, Portuqaliyaya da gedək. Daha bir neçə ölkəyə yollana bilərik”.

 

Təcrübəli mütəxəssis “Afrikada geniş yayılan Ebola virusuna qarşı peyvənd olunmusuzmu” sualına belə cavab verib: “Birincisi, Mali və Qanada Ebola virusu yoxdu. İkincisi də, onun dərmanı heç tapılmayıb axı (gülür). Biz elə ölkələrə getmirik ki, orda Ebola virusu yayılsın. Yəni, heç bir təhlükə yoxdu”.    

 

Xəbər lenti