18 Avqust 12:32 “Xəzər Lənkəran” Elvin Əsgərovun 5 səhvini üzə çıxardı - VİDEO
FUTBOL xəbərləri 18 Avqust 12:32
793 baxış

“Xəzər Lənkəran” Elvin Əsgərovun 5 səhvini üzə çıxardı - VİDEO

“Xəzər Lənkəran” Topaz Premyer Liqasının II turu çərçivəsində “Sumqayıt”la (1:1) oyunun hakimliyindən narazılığını növbəti dəfə bəyan edib. Apasport.az saytının məlumatına görə, klub bu dəfə rəsmi “Facebook” səhifəsi vasitəsilə baş hakim Elvin Əsgərovun görüş ərzində buraxdığı səhvləri videoyazı halında təqdim edib.

 

"Xəzər Lənkəran" tərəfi baş hakimin 5 qərarının yanlış olduğunu düşünür və həmin kadrda bunları ictimaiyyətə təqdim edib.


1. Cərimə meydançasında Orxan Əliyevə qarşı aşkar kobudluq.
2. Baş hakim zərbədən sonra fit çalır, amma qərar dəyişdirilmir. 
3. Oyunun 53-cü dəqiqəsində Orxan Əliyevin üzünə açıq-aşkar dirsək zərbəsi.
4. Rasim Ramaldanova qarşı cərimə meydançasında kobudluq.
5. Elnur Cəfərovun zərbəsindən sonra baş hakim künc nöqtəsini yox, qapıdan zərbə qərarı verir.