25 İyul 14:00 “Xəzər  Lənkəran” fransalı futbolçu ilə bağlı qərarını verdi
FUTBOL xəbərləri 25 İyul 14:00
10883 baxış

“Xəzər Lənkəran” fransalı futbolçu ilə bağlı qərarını verdi

Türkiyə toplanışını başa vuran “Xəzər Lənkəran” vətənə qayıdır. Apasport.az saytının məlumatına görə, iyunun 28-dən Kapadokya bölgəsində hazırlıq keçən komanda 27 günlük təlim-məşq toplanışından sonra geri dönür.

 

Hazırlıq müddətində 5 yoxlama oyunu keçirən cənublular 3 qələbə qazanıb, 1 heç-heçə edib və yalnız 1 dəfə uduzub. “Niğdespor” (1:0), “Antalya Kunduspor”a (8:1) və “Derincespor”a (2:1) qalib gələn Yunis Hüseynovun yetirmələri “Kayserispor”la heç-heçə edib (1:1), “Kasımpaşa”ya isə məğlub olub (0:2).

 

Bu gün Türkiyəni tərk edən “Xəzər Lənkəran” vətənə tam heyətlə dönmür. Buna səbəb toplanışdan sonra futbolçulara 3 günlük istirahətin verilməsidi. Bu imkandan yararlanan bəzi legionerlər qısa müddətə vətənlərinə yollanıb. Onlar yeni mövsümə hazırlığın son mərhələsinin startına kimi komandaya qoşulacaq.

 

Komandanın toplanışında iştirak edən İtaliya “Milan”ının yetirməsi, 2006-2007-ci illərdə milanlıların U-19 komandasında çıxış etmiş fransalı hücumçu L’imam Seydi də vətəninə yollanıb. “Xəzər Lənkəran”ın müqavilə bağlamağa qərar verdiyi legioner bir neçə gündən sonra Azərbaycana gələcək. Həmin vaxt onunla danışıqları yekunlaşdıracaq cənublular hücumçu ilə müqavilə imzalayacaq.

 

“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov isə Türkiyəni daha əvvəl tərk edib. Belə ki, təyyarədən imtina edən mütəxəssis vətənə avtomobillə qayıtmağa üstünlük verib. Bu üzdən də o, Türkiyədən Gürcüstana yollanıb.

 

 

Xəbər lenti