23 Avqust 13:42 “Xəzər Lənkəran” istirahət edəcək
FUTBOL xəbərləri 23 Avqust 13:42
923 baxış

“Xəzər Lənkəran” istirahət edəcək

Topaz Premyer Liqasının  III turunda “Rəvan”la ev oyunundan 1:1 hesablı bərabərliklə ayrılan “Xəzər Lənkəran” sərbəst buraxılıb. Apasport.az saytının məlumatına görə, komanda 5-gün istirahət edəcək.

 

Qeyd edək ki, cənublular avqustun 28-də yenidən Lənkəranda bir araya gələcək. Lakin millinin heyətinə dəvət alan Ruslan Abışov, Rahid Əmirquliyev, Elnur Cəfərov və Vüqar Nadirov bu toplanışa qatılmayacaqlar.

Xəbər lenti