23 Fevral 11:41 “Xəzər Lənkəran” Lənkəran yolunda
FUTBOL xəbərləri 23 Fevral 11:41
332 baxış

“Xəzər Lənkəran” Lənkəran yolunda

İki günlük istirahətdən sonra yenidən bir araya gələn “Xəzər Lənkəran” “Bakı” ilə növbəti tur matçının hazırlıqlarına start verir. Klubdan apasport.az saytına verilən məlumata görə, hazırda Lənkərana yollanan komanda bu gün ilk məşqinə çıxacaq.

 

Saat 14:00-da baş məşqçi Elbrus Məmmədov qapalı meydançada kollektivə məşq keçəcək. Cənub təmsilçisinin zədəli futbolçuları Rasim Ramaldanov və Tural Cəlilov hələ də məşqlərdə iştirak edə bilmirlər. Ancaq hazırda müalicəsi davam edən bu oyunçuların həftəsonuna qədər hazır olması gözlənilir.

 

Qeyd edək ki, “Xəzər Lənkəran” Premyer Liqanın XXIV turu çərçivəsində fevralın 28-də “Bakı”nı qəbul edəcək.