18 İyul 20:44 “Xəzər Lənkəran” rəqibini qol vurduğuna peşman etdi
FUTBOL xəbərləri 18 İyul 20:44
20345 baxış

“Xəzər Lənkəran” rəqibini qol vurduğuna peşman etdi

2015/16 mövsümünə hazırlıqlarını Türkiyənin Kapadokiya bölgəsində davam etdirən “Xəzər Lənkəran” bu gün növbəti yoxlama görüşünü keçirib. Apasport.az saytının məlumatına görə, “ağ-yaşıllar”ın 3-cü görüşü də Türkiyə təmsilçisinə qarşı olub.

 

Baş məşqçi Yunis Hüseynov yetirmələrini Türkiyənin həvəskarlar liqasında çıxış edən “Antalya Kundu Spor”la matçda sınayıb.

 

Oyun başlayan kimi 1-ci dəqiqədə "Antalya Kundu Spor" hesabı açıb. Mehmet Meke fərqlənib. Ancaq necə deyərlər "Xəzər Lənkəran" rəqibini qol vurduğuna peşman edib. 3-cü dəqiqədə Rahid Əmirquliyev cavab qolunu vurub.

 

Növbəti dəqiqələrdə isə Vüqar Nadirov, Vaqif Cavdov, Rəşad Eyyubov, Ruslan Abışov, Elnur Cəfərov və Kazım Kazımlı fərqlənərək hesabı darmadağın həddinə çatdırıblar.

 

Qeyd edək ki, cənub klubu bu qarşılaşmada yeni transferi L`imam Seydini də yoxlamaq imkanı qazanıb. Futbolçu ikinci hissənin sonlarında meydanda olub.

 

Əlavə olaraq bildirək ki, “Xəzər Lənkəran” ilk iki oyunda “Niğdespor”a qalib gəlib (1:0), Superliqa komandası “Kasımpaşa”ya isə məğlub olub (0:2). Komanda iyulun 21-də Superliqanın digər təmsilçisi “Kayserispor”la üz-üzə gələcək.

 

 

"Xəzər Lənkəran" - "Antalya Kundu Spor" - 8:1

Qollar: Rahid Əmirquliyev, 3, Vüqar Nadirov, 20, Vaqif Cavdov, 23, Rəşad Eyyubov, 48 (pen.), 62, Ruslan Abışov, 58, Elnur Cəfərov, 73, Kazım Kazımlı, 78 - Mehmet Meke, 1

 

“Xəzər Lənkəran”: Orxan Sadıqlı, Rasim Ramaldanov, Ruslan Abışov, Manuel Skarlatake, İlyas Səfərzadə, Dieqo Qusmao, Rahid Əmirquliyev, Vüqar Nadirov, Vaqif Cavadov, Elnur Cəfərov, Rəşad Eyyubov

 

"Antalya Kundu Spor": Mustafa Uzun, Yusuf Etli, Kamilcan Yördem, Zeki Özçelik, Murat Kızılburun, Abico Abonsse, Mehmet Meke, Zele Yan, Alican Kansız, Semih Hatipoğlu, Azamat Kamburoğlu

 

Xəbər lenti