19 Sentyabr 11:18 “Xəzər Lənkəran”dan Olimpiya Stadionunda azarkeşlər üçün açıq məşq
FUTBOL xəbərləri 19 Sentyabr 11:18
1237 baxış

“Xəzər Lənkəran”dan Olimpiya Stadionunda azarkeşlər üçün açıq məşq

Premyer Liqanın V turu çərçivəsində sabah, sentyabrın 20-də “Neftçi” ilə səfərdə qarşılaşacaq “Xəzər Lənkəran” bu gün oyunönəsi son məşqini keçirəcək. Apasport.az saytının məlumatına görə, paytaxtın “Nev Baku” otelində məskunlaşan komanda son hazırlığına saat 21:00-da başlayacaq.

 

Lakin məşq oyunun baş tutacağı “Bakcell Arena” stadionunda deyil, Bakı Olimpiya Stadionunun məşq meydançasında keçiriləcək. Buna səbəb kimi isə “Bakcell Arena”nın ot örtüyünün qorunması və “Böyük oyun”un başlama saatına qədər daha yaxşı vəziyyətə gətirilməsi məqsədi göstərilir. Beləliklə, “Xəzər Lənkəran” bu gün saat 21:00-da Bakı Olimpiya Stadionunun məşq meydançasında oyunöncəsi son məşqini keçirəcək. Hazırlıq prossesi azarkeşlər üçün açıq olacaq.

 

Bundan bir neçə saat əvvəl isə “Dalğa Arena” stadionunda komandaların əvəzedici heyətləri görüşəcək. Gənclərin oyunu saat 16:30-da başlayacaq.

Mənbə: 12cioyuncu.info

Xəbər lenti