24 İyun 19:25 "Xəzər Lənkəran"ın futbolçuları Bakıda toplandılar
FUTBOL xəbərləri 24 İyun 19:25
792 baxış

"Xəzər Lənkəran"ın futbolçuları Bakıda toplandılar

"Xəzər Lənkəran" futbolçuları bu gün Bakıda toplanıblar. Apasport.az saytının məlumatına görə, komanda üzvləri həkim heyətinin nəzarəti altında tibbi yoxlamadan keçiblər.

 

Bu axşamdan isə futbolçular fiziki hazırlıq testləri verəcək. Fiziki hazırlıq üzrə məşqçi Ciovanni Melkiorrenin rəhbərliyi altında keçən proses futbolçuların toplanışdan öncə fiziki durumlarını müəyyənləşdirəcək.

 

Qeyd edək ki, komandanın təlim-məşq toplanışı üçün Türkiyənin Nevşehir şəhərinə yollanması 28 iyun səhər saatlarına nəzərdə tutulub. (klub saytı)

Xəbər lenti