12 Noyabr 20:42 “Xəzər Lənkəran”ın keçmiş baş məşqçisi “Trabzonspor”a keçir?
FUTBOL xəbərləri 12 Noyabr 20:42
1511 baxış

“Xəzər Lənkəran”ın keçmiş baş məşqçisi “Trabzonspor”a keçir?

“Trabzonspor”da Şota Arveladzenin ayrılmasından sonra vakant baş məşqçi postuna namizədlər arasında Mustafa Dənizlinin də adı hallanır. Apasport.az saytının məlumatına görə, bu barədə Türkiyə mətbuatında xəbərlər yayılıb.

 

Səbəbkar özü isə bu barədə açıqlama verərək ona rəsmi bir təklif olmadığını bildirib: “Bu xəbərləri mən də eşidirəm. Bu dəqiqə “Trabzonspor”dan mənə gələn hər hansı rəsmi təklif yoxdu. Bir gün təklif olarsa, düşüncəmi açıqlayaram, indi isə elə bir şey olmadığına görə, nəsə deməyim düzgün olmaz”.

 

Bu təyinat reallaşsa, 66 yaşlı baş məşqçi bir ilkə imza atmış olacaq. Belə ki, daha əvvəl “Qalatasaray”, “Fənərbaxça” və “Beşiktaş”ın “sükan”ı arxasına keçmiş təcrübəli futbol adamı Türkiyədə “Dörd böyüklər”də çalışmış ilk mütəxəssis olacaq.

 

Qeyd edək ki, Türkiyənin ən təcrübəli mütəxəssislərindən biri olan Dənizlinin sonuncu iş yeri “Xəzər Lənkəran” olub. 2013 – 2014-cü illərdə bir müddət cənub klubunu çalışdırmış Mustafa hoca daha sonra vəzifəsindən istefa vermişdi.

Xəbər lenti