22 Oktyabr 12:34 “Xəzər Lənkəran”ın qış hazırlıq planı: Eyni məkan, 5 oyun
FUTBOL xəbərləri 22 Oktyabr 12:34
4720 baxış

“Xəzər Lənkəran”ın qış hazırlıq planı: Eyni məkan, 5 oyun

Topaz Premyer Liqasında mübarizə aparan klublardan birinin qış hazırlıq planı artıq məlumdu. Apasport.az saytının məlumatına görə, “Xəzər Lənkəran” yenidən Türkiyəyə yollanacaq.

 

Bu ilin yanvarında Antalyanın Belek bölgəsində təlim-məşq toplanışı keçən cənub təmsilçisi yenə eyni məkanı seçib.

 

Baş məşqçi Yunis Hüseynov saytımıza açıqlamasında yanvarın 3-də Antalyaya yollanacaqlarını bildirib. Komanda ayın 25-dək orda hazırlıq keçəcək və “Crystal Tat Beach Golf Resort & Spa” otelində məskunlaşacaq. Hüseynov toplanış zamanı 5 yoxlama görüşü keçirməyi planlaşdırdıqlarını da əlavə edib. Lakin rəqiblərin kimliyi hələ məlum deyil.

 

Qeyd edək ki, “Xəzər Lənkəran” bu il də yanvarın 6-dan 25-dək ““Crystal Tat Beach Golf Resort & Spa” otelində məskunlaşmışdı.

Xəbər lenti

Xəbər lenti