19 Sentyabr 21:40 “Xəzər Lənkəran”la matçda qalib gəlməyə borcluyuq” – Samir Əliyev
FUTBOL xəbərləri 19 Sentyabr 21:40
790 baxış

“Xəzər Lənkəran”la matçda qalib gəlməyə borcluyuq” – Samir Əliyev

“Xəzər Lənkəran”la matçda qalib gəlməyə borcluyuq. Bu bizim üçün çox vacibdir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Samir Əliyev deyib.

 

Topaz Premyer Liqasının V turu çərçivəsində keçiriləcək “Neftçi” – “Xəzər Lənkəran” oyunundan əvvəl “ağ-qaralar”ın Bakı Olimpiya Stadionundakı bu günkü məşqindən əvvəl keçirilmiş brifinqdə gənc mütəxəssis meadia nümayəndələrinin suallarını cavablayıb:

 

“Sabah qazanılacaq qələbə futbolçularımızda özünəinam hissini daha da artıra bilər. Braziliyalı müdafiəçi Jayro Filyo komandada qalacaq. Növbəti oyuna qədər sifariş edəcəyik. Qışda isə bir-iki yeni futbolçu almalıyıq. Daha çox gənclərə şans veririk, amma böyük ehtimalla yeni transferlərimiz legioner olacaq. Qışa qədər həm də hansı mövqelərin güclənməyə ehtiyacı olduğunu müəyyənləşdirəcəyik”.

Xəbər lenti