3 Sentyabr 09:52 Xorvatiya aşkar favoritdi
FUTBOL xəbərləri 3 Sentyabr 09:52
646 baxış

Xorvatiya aşkar favoritdi

“Topaz” Avro-2016-nın seçmə mərhələsi bu gün keçiriləcək matçları üçün əmsalları açıqlayıb. Apasport.az saytının məlumatına görə, mərc oyunları operatoru VII tur çərçivəsində baş tutacaq Azərbaycan – Xorvatiya görüşünə də pul qoyuluşu qəbul edəcək.

 

“Topaz” ilk qarşılaşmada 6:0 hesabı ilə qalib gələn xorvatları yenə şanslı sayır. Bunun üçün Robert Prosineçkinin yetirmələrinin qələbəsi 8,15 əmsalla qiymətləndirildiyi halda, qonaqların 3 xal qazanmasına 1,30 əmsal verilib. Matçda heç-heçə proqnozlaşdıranlara isə əmanətlərini 4,00 dəfə artırmaq imkanı verilib.

 

Qeyd edək ki, oyun saat 21:00-da başlayacaq.