12 Avqust 11:05 Xorvatiya ilə oyun üçün online bilet almaq imkanı
FUTBOL xəbərləri 12 Avqust 11:05
981 baxış

Xorvatiya ilə oyun üçün online bilet almaq imkanı

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 3-də keçiriləcək Azərbaycan – Xorvatiya oyununa bilet satışı davam edir. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, biletləri "Bakcell Arena"nın kassalarında, həmçinin Üzeyir Hacıbəyli küçəsi 48 ünvanında yerləşən Bakcell Müştəri Xidmətləri mərkəzində əldə etmək mümkündü.

 

Həmçinin biletlərin online satışına “www.tickets.affa.az” saytında da start verilib. Qarşılaşmanın biletlərinin qiyməti kateqoriyadan asılı olaraq 3, 6 və 50 manatdı.

 

Qeyd edək ki, Xorvatiya ilə görüş sentyabrın 3-də “Bakcell Arena”da keçiriləcək və saat 21:00-da başlayacaq.

Xəbər lenti