5 Sentyabr 09:51 "Xorvatiya kimi yığmadan xal almışıqsa..." - Arif Daşdəmirov
FUTBOL xəbərləri 5 Sentyabr 09:51
2808 baxış

"Xorvatiya kimi yığmadan xal almışıqsa..." - Arif Daşdəmirov

Azərbaycan yığmasının müdafiəçisi Arif Daşdəmirovun apasport.az saytına müsahibəsi

 

- Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Xorvatiyaya (0:0) qarşı əzmkar mübarizə apardınız. Bunu nə ilə bağlamaq olar?

- Oyuna çox yaxşı hazırlaşmışdıq. Köklənmə baxımından da problem yox idi. Baş məşqçimiz rəqib komandanı yaxşı tanıyırdı. Onun uğurlu təhlili və bizim əzmkar mübarizəmiz 1 xal qazanmağımıza kömək oldu. Baş məşqçinin tapşırıqlarına meydançada əməl edə bildiyimiz üçün Xorvatiya ilə matçdan xalla ayrıldığımızı düşünürəm.

 

- Görüş başa çatan kimi futbolçular sanki qələbə qazanıbmış kimi sevinirdilər. Həmin anda nələr hiss etdiniz?

- Axı rəqibimiz Xorvatiya idi. Gəlin etiraf edək ki, Xorvatiya yığması hazırda Avropanın ən güclü komandalarından biridi. Futbolçularının hansı klublarda oynadıqlarına nəzər yetirsək, onların nə dərəcədə təhlükəli olduqlarını görərik. Buna baxmayaraq, rəqibdən çəkinmədən sona qədər əzmkar mübarizə apardıq və layiq olduğumuz 1 xalı qazandıq.

 

- Bu bərabərlik Malta ilə matç öncəsi komandaya nə verəcək?

- İlk növbədə komandaya yüksək əhvali-ruhiyyə verdi. Futbolçularda özünəinam yüksək səviyyədədi. Səfərə də əla ab-hava ilə gəlmişik. Bircə qalır çıxıb meydançada mübarizə aparmaq və qələbəyə oynamaq.

 

- İtaliya yığmasının öz meydançasında cəmi 1 qolla üstələdiyi Maltanı səfərdə məğlub etmək çətin olmayacaq?

- Əlbəttə çətin olacaq. Bu onu göstərir ki, indi zəif rəqib yoxdu. Ancaq Xorvatiya kimi böyük komandadan xal almışıqsa, deməli Maltaya da qalib gələ bilərik.

 

- Ancaq maltalılar da bütün ümidlərini bu oyuna bağlayıblar...

- Bu da başadüşüləndi. Çünki həm turnir cədvəlində onlara ən yaxın komandalardan biriyik, həm də Malta yığması xal ehtiyatını artırmağa çalışacaq. 7 turdan sonra aktivlərində cəmi 1 xal var. Düzdü, işimiz çətin olacaq. Ancaq biz də meydançaya qələbə qazanmaq  üçün çıxacağıq.

 

Ruslan SADIQOV / Ta Qali

 

Xəbər lenti