7 Sentyabr 08:28 “Xorvatiya üzərindəki qələbə...” – Per-Matias Hoqmo
FUTBOL xəbərləri 7 Sentyabr 08:28
1195 baxış

“Xorvatiya üzərindəki qələbə...” – Per-Matias Hoqmo

“Bugünkü nəticə komandamızın əsl gücünü göstərdi. Hamı gördü ki, Norveç millisi inkişafdadı”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Norveç yığmasının baş məşqçisi Per-Matias Hoqmo deyib.

 

Avro-2016-nın seçmə mərhələsində yığmamızla eyni qrupda mübarizə aparan Norveç yığması dünən Xorvatiya ilə qarşılaşıb. Hoqmonun yetirmələri 3 gün öncə Bakıda 1 xal qazanan xorvatlara qalib gəliblər – 2:0.

 

Görüşlə bağlı fikirlərini bölüşən təcrübəli çalışdırıcı nəticə ilə yanaşı, komandasının oyunundan da razı qalıb: “Bu gün biz yaxşı oyun nümayiş etdirdik. Nəticədə çox güclü komandaya qalib gəlməyə müvəffəq olduq. 3 xal qazanmağımızda komandada özünəinamın olması da böyük rol oynadı”.

 

Qeyd edək ki, dünənki qələbədən sonra xallarının sayını 16-ya çatdıran Norveç yığması turnir cədvəlində ikinci pilləyə yüksəlib. 

Xəbər lenti