9 Oktyabr 15:20 “Xorvatiya və Azərbaycanla oyunlarda nəticə vacib deyil”  - FOTO
FUTBOL xəbərləri 9 Oktyabr 15:20
739 baxış

“Xorvatiya və Azərbaycanla oyunlarda nəticə vacib deyil” - FOTO

“Qarşıda bizi 2 çətin oyun gözləyir. İlk olaraq, Xorvatiya ilə qarşılaşacağıq. Bu, şərəf oyunudu. Ümumiyyətlə, 2 görüşün heç birində nəticə o qədər də vacib deyil”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Bolqarıstan yığmasının baş məşqçisi İvaylo Petev deyib.

 

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Xorvatiya ilə qarşılaşacaq Bolqarıstan millisi ayın 13-də millimizi qəbul edəcək.

 

Xorvatiya ilə oyunla bağlı fikirlərini bölüşən Petev söhbət əsnasında Azərbaycanla matça da toxunub: “Əsas odu ki, futbolçular hər iki oyunda xarakter göstərsinlər. Əsas heyətdə kimə şans verəcəmsə, özünü göstərmək üçün əlindən gələni etməlidi. Heyətdə eksperimentlər aparmışıq, bir neçə yeni oyunçuya şans verəcəm. Ambisiya nümayiş etdirməliyik. Mənim üçün ən vacib olan budu. Azərbaycanla müqayisədə, Xorvatiya yığmasının heyətində ulduz futbolçular var. Ancaq bu bizi qorxutmamalıdı”. 

Xəbər lenti