24 Avqust 16:20 Xorvatiya yığması Bakıya 24 futbolçu ilə gəlir
FUTBOL xəbərləri 24 Avqust 16:20
4473 baxış

Xorvatiya yığması Bakıya 24 futbolçu ilə gəlir

Xorvatiya millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, AVRO-2016-nın seçmə mərhələsində yığmamızın rəqibi olan balkanlıların çalışdırıcısı Niko Kovaç növbəti iki oyun üçün heyəti müəyyənləşdirib.

 

Təcrübəli mütəxəssis sentyabrın 3-də Azərbaycan, 6-da Norveçə qarşı keçiriləcək oyunlara 24 futbolçu çağırılıb. Bakıya gələcək heyətdə 24 futbolçu yer alıb.

 

Onlar arasında Xorvatiya futbolunun aparıcı simaları Luka Modriç, İvan Rakitiç və Mario Mandzukiç də var. Cari mövsüm avrokuboklarda təmsilçilərimizlə qarşılaşan futbolçulardan Daniel Pranyiç də yığmamızla matça çağırılıb.

 

Qapıçılar: Daniel Subaşiç (“Monako”, Fransa), Lovre Kaliniç (“Hayduk”), İvan Varqiç (“Riyeka”)

 

Müdafiəçilər: Dario Srna (“Şaxtyor”, Ukrayna), Şime Vrsaljko (“Sassuolo”, İtaliya), Marko Leskoviç (“Riyeka”), Vedran Çorluka (“Lokomotiv”, Rusiya), Domaqoy Vida (“Dinamo”, Kiyev, Ukrayna), Deyan Lovren (“Liverpul”, İngiltərə), Daniel Pranyiç (“Panatinaikos”, Yunanıstan), Marin Leovaç (PAOK, Yunanıstan)

 

Yarımmüdafiəçilər: Luka Modriç, Mateo Kovaçiç (hər ikisi “Real”, İspaniya), Milan Badelj (“Fiorentina”, İtaliya), Marselo Brozoviç (“İnter”, İtaliya), İvan Rakitiç (“Barselona”, İspaniya), Miyo Caktaş (“Hayduk”)

 

Hücumçular: Nikola Kaliniç, Ante Rebiç (hər ikisi “Fiorentina”, İtaliya), Marko Pyaça (“Dinamo”, Zaqreb), İvan Perişiç (“Volfsburq”, Almaniya), İvitsa Oliç (“Hamburq”, Almaniya), Mario Mandzukiç (“Yuventus”, İtaliya), Andrey Kramariç (“Lester”, İngiltərə).