6 Sentyabr 16:25 Xorvatiyanın baş məşqçisi və futbolçusu yenə Azərbaycandan danışdı
FUTBOL xəbərləri 6 Sentyabr 16:25
1823 baxış

Xorvatiyanın baş məşqçisi və futbolçusu yenə Azərbaycandan danışdı

“Azərbaycanla oyunda gözlənilməz şəkildə xal itirərək qrupdakı vəziyyətimizi çətinləşdirdik”. Apasport.az saytının Xorvatiya mətbuatına istinadən məlumatına görə, bu sözləri Xorvatiya milli komandasının baş məşqçisi Niko Kovaç deyib.

 

Norveçlə oyunöncəsi mətbuat konfransında jurnalistlərə açıqlama verən Kovaç millimizlə oyunda itirdikləri xalların təsadüf olduğunu sübut etmək istədiklərini deyib:

 

“Biz İtaliyaya baxanda daha pis vəziyyətdəyik. Ancaq Norveçə qarşı biz elə oynamalı və elə nəticə qazanmalıyıq ki, Azərbaycandakı nəticənin təsadüf olduğunu sübut edək”.

 

Xorvat müdafiəçi Daniel Pranyiç də millimizlə oyuna toxunub:

 

“Düşünürəm ki, Norveçə qarşı Azərbaycandan daha yaxşı oynayacağıq. Bütün futbolçular 90 dəqiqə ərzində şübhələrə son qoymaq üçün çalışacaqlar”.