3 Sentyabr 22:22 “Xorvatlar Bakıya çox arxayın gəlmişdilər” – Rövnəq Abdullayev
FUTBOL xəbərləri 3 Sentyabr 22:22
5043 baxış

“Xorvatlar Bakıya çox arxayın gəlmişdilər” – Rövnəq Abdullayev

“Uşaqlar çalışdılar, zarafat deyil, Xorvatiya Avropanın ən güclü komandalarından biridi, heyətlərində ən güclü futbolçular yer alıb”. Apasport.az saytının məlumatına görə, bu sözləri AFFA Prezidenti Rövnəq Abdullayev deyib.

 

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində baş tutan Azərbaycan – Xorvatiya oyunundan sonra (0:0) apasport.az saytına açıqlama verən Rövnəq Abduallayev nəticədən məmnun qaldığını bildirib:

 

“Futbolçuları bu nəticəyə görə təbrik edirəm. Görüşdüm onlarla, hamsını təriflədim. Oyunçularla görüşəndə yenə tapşırdım ki, yaxşı futbol oynayın. Mən həyatımda ilk dəfə Xorvatiyadakı oyunun birinci hissəsində stadionu tərk eləmişdim. Xorvatlar Bakıya çox arxayın gəlmişdilər, onlar fikirləşirdilər ki, yenə həmin hesab olacaq. Amma bizimkilər mübarizə apardılar və layiqli nəticə qazandılar”.

 

AFFA Prezidenti Azərbaycan Cüdo Federasiyasına mümkün təyinatı ilə bağlı suala isə belə cavab verib:

“Bu barədə hələ heç nə məlum deyil. Vaxtı çatanda bilinəcək”.