27 Oktyabr 19:30 Yağışa görə bir oyunun yeri dəyişdirildi
FUTBOL xəbərləri 27 Oktyabr 19:30
716 baxış

Yağışa görə bir oyunun yeri dəyişdirildi

Futbol üzrə Azərbaycan I Divizionunda 7-ci turun bir oyununun keçirilmə yeri dəyişdirilib. Apasport.az saytının məlumatına görə, “Neftçala” – MOİK oyununun baş tutacağı məkan hava şəraiti ilə əlaqədar başqa yerə keçirilib.

 

Belə ki, Nəriman Nərimanov adına Neftçala şəhər stadionunun ot örtüyü yağan yağışlar səbəbindən əlverişsiz halda olduğu üçün matç “Dalğa Arena”da keçiriləcək.

 

29 oktybar (cümə axşamı)

 

“Neftçala” – MOİK
“Dalğa Arena”, 14:00

Xəbər lenti