24 Avqust 16:04 “Yanq Boyz”u Bakıya gətirəcək baş məşqçi müəyyənləşdi
FUTBOL xəbərləri 24 Avqust 16:04
4202 baxış

“Yanq Boyz”u Bakıya gətirəcək baş məşqçi müəyyənləşdi

“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Yanq Boyz”u Azərbaycana gətirəcək baş məşqçinin kimliyinə aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, bunu yerli mətbuata açıqlamasında klubun idman direktoru Fredi Bikel deyib.

 

O bildirib ki, Uli Fortenin istefasından sonra boş qalan baş məşqçi postuna axtarışları davam etdirirlər. Hələlik heç kimlə razılığa gələ bilmədiklərindən, Bakıya komandanı hazırda müvəqqəti olaraq bu postu tutan Harald Qamperle gətirəcək. Bikel söyləyib ki, Bakıdakı matçdan sonra namizədlərlə danışıqları intensivləşdirəcəklər.

 

İdman direktoru həmçinin komandasının “Qarabağ”la görüşdəki şanslarını da dəyərləndirib. Onun fikrincə, qrup mərhələsinə düşmək şansları heç də az deyil: “Avrokubokda evdə məğlub olmaq ciddi itkidi. Ancaq daxili çempionatda “Sion” üzərində qələbə komandanı ayıltdı. Məncə, bu, bizim üçün bir başlanğıcdı. Ancaq seriyanı davam etdirməsək, “Qarabağ”dan revanşı ala bilməsək, bu qələbənin bir önəmi olmayacaq”.

 

Qeyd edək ki, “Qarabağ” – “Yanq Boyz” oyunu avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bu komandalar arasındakı ilk matçda təmsilçimiz minimal hesablı (1:0) qələbə qazanmışdı.

Xəbər lenti