8 Avqust 14:35 “Yanq Boyz”u Bakıya türkiyəli məşqçi gətirə bilər
FUTBOL xəbərləri 8 Avqust 14:35
6518 baxış

“Yanq Boyz”u Bakıya türkiyəli məşqçi gətirə bilər

“Qarabağ”ın UEFA Avropa Liqasındakı rəqibi “Yanq Boyz” baş məşqçi axtarışlarını sürətləndirib. Apasport.az saytının İsveçrə mətbuatına istinadən məlumatına görə, Bern təmsilçisinin artıq bu posta ilkin namizədləri var.

 

Ağdam klubunun pley-offdakı rəqibi hazırda iki mütəxəssis arasında götür-qoy edir. Bunlar Marko Şallibaum və Murat Yakındı.

 

Hazırda İsveçrə I liqa klubu “Çiasso”nu çalışdıran Şallibaumun keçidi yerli mətbuat tərəfindən o qədər də yüksək qiymətləndirilmir. Çünki 53 yaşlı mütəxəssis bu kluba yeni baş məşqçi keçib. Əvəzində Murat Yakının bu posta gətirilməsi olduqca inandırıcıdı. Bu il Moskva “Spartak”ından ayrıldıqdan sonra işsiz qalan Türkiyə əsilli mütəxəssislə danışıqlar davam etdirilir.

 

Ancaq yerli azarkeşlər bu təyinata qarşıdılar. Azarkeşlər arasında aparılan sorğuda əksəriyyət 41 yaşlı məşqçinin bu vəzifəyə gətirilməsinə “yox” cavabını verib. Buna səbəb isə Yakının futbolçu karyerasında 6 il “Yanq Boyz”un əsas rəqibi “Bazel”in formasını geyinməsidi.

 

Qeyd edək ki, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Monako”ya məğlubiyyətdən sonra Uli Forte istefaya göndərilmiş, onun yerinə isə müvəqqəti olaraq köməkçisi Harald Qamperle gətirilmişdi.