8 Avqust 10:34 “Yanq Boyz”un baş məşqçisi istefaya göndərildi!
FUTBOL xəbərləri 8 Avqust 10:34
4167 baxış

“Yanq Boyz”un baş məşqçisi istefaya göndərildi!

“Qarabağ”ın Avropa Liqasındakı rəqibi “Yanq Boyz”da gözlənilməz hadisə baş verib. Apasport.az-ın İsveçrə mətbuatına istinadən məlumatına görə, Bern təmsilçisi baş məşqçisi Uli Forte ilə yollarını ayırıb.

 

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Monako”ya hər iki görüşdə məğlub olan (1:3, 0:4) “Yanq Boyz” Avropa Liqasına yuvarlanmışdı. Məhz bu yenilgi baş məşqçinin istefaya göndərilməsinə səbəb olub.

 

Paytaxt klubunun idman direktoru Fredi Bikel də artıq məlumatı təsdiqləyib. O bildirib ki, “Qarabağ”la matça qədər yeni çalışdırıcılarını müəyyənləşdirəcəklər: “Forte ilə yolları ayırmağın vaxtı gəlmişdi. Komandaya yeni nəfəs lazım idi. Axtarışımız yəqin ki, uzun çəkməyəcək. Çünki həm çempionat start götürüb, həm də qarşıda “Qarabağ”la ağır oyunlarımız var. Hələlik komandanı Fortenin köməkçisi Harald Qamperle çalışdıracaq. Qarşıdakı çempionat matçlarında o komandaya qələbələr qazandırsa, baş məşqçi kimi təsdiqlənə də bilər”.

 

Qeyd edək ki, “Qarabağ”ın “Yanq Boyz”la oyunları avqustun 20-də və 27-də baş tutacaq.

Xəbər lenti