10 Sentyabr 00:45 Yaşıl meydanların ən yaxın dostları - FOTOSESSİYA
FUTBOL xəbərləri 10 Sentyabr 00:45
2873 baxış

Yaşıl meydanların ən yaxın dostları - FOTOSESSİYA

Futbol dünyasının ulduzları yaşıl meydançalardakı dostluqlarını şəxsi həyatlarında da davam edirlər. Komandaları nə olursa olsun bir çoxunun dostluğu uşaqlıq illərinə söykənir. Apasport.az saytı futbolun ən yaxın dostlarını təqdim edir.

 

 

Tyaqo Silva – David Luiz

Braziliya Milli komandasının və PSG müdafiəsinin dəyişməz ikilisinin dostluğu 20 il əvvələ dayanır. Futbola birlikdə məhəllələrdə başlayan ulduz futbolçular birlikdə qurduqları milli komandada oynamaq xəyallarını da reallaşdırmağı bacarıblar.

 

Mario Götse – Marco Roys

“Borussia Dortmund” və Alman Milli komandasında  birlikdə çıxış etdikdən sonra Götzenin “Bayern”ə transferiylə yolları ayrılan futbolçular dostluqlarına qaldıqları yerdən davam edirlər.

 

Garet Beyl – Luka Modriç

Garet Beyl və Luka Modriç şəxsi həyatlarında tez-tez görüşürlər. “Tottenham”da birlikdə oynayan dostların yolu “Real Madrid”də yenidən kəsişdi.

 

Kristiano Ronaldo – Marselo

“Real Madrid”ə transfer olduqdan sonra Marselo ilə ayrılmaz bir ikili halına gələn Ronaldo şəxsi həyatında da Braziliyalı futbolçudan imtina etmir. Bir-birlərinə hər anlamda dəstək olan futbolçuların  dostluqları diqqət çəkir.

 

Dembele – Vertongen

Belçika Milli komandası və “Tottenham”ın əsas futbolçularından olan  Dembele və Vertonqenin dostluqları 10 yaşlarından başlayır. İkili o tarixdən bəri həm meydança daxilində, həm də meydança xaricində dostluqlarını davam etdirir.

 

Messi – Pinto

“Barselona”nın ulduz futbolçusu Messinin həyatında Pinto olduqca ayrı bir yer tutur. Pinto ilə şəxsi həyatında da çox yaxın bir dost olan Messi təcrübəli qapıçının klubda qalması üçün belə rəhbərliklə  xüsusi görüşüb.

 

Ibrahimoviç – Maksvell

Təxminən 10 ildən bəri çox yaxın dost olan İbra və Maksvelin kariyeraları davamlı olaraq eyni komandada kəsişib. Onlar “Ayax”,”İnter” və “Barselona”da oynadıqdan sonra “PSG”də də bərabər çıxış edirlər.

 

Serxio Ramos – İker Kasilyas

İspaniya milli komandasının iki ulduz futbolçusu bir-birlərinə verdikləri dəstəyi heç vaxt kəsməyib. Kasilyas “Real Madrid”dən ayrılsa da ikilinin güclü dostluqları davam edir.

 

Olivye Jiru – Kosçielni

2010-cu ildən bu yana “Arsenal”da oynayan Jiru üçün Koşyelni çox dəyərlidir. Jiru transfer olduğu gündən bəri özünü evində kimi hiss etməsinə kömək edən Koşyelnidən həmişə fəxrlə danışır. Jiru və Koşyelni  Fransa Milli komandasında da bərabər çıxış edirlər.

 

Sesk Fabreqas – Pike

“Barselona” futbol məktəbində birlikdə böyüyən Fabreqas və Pikenin dostluqları da olduqca xüsusidir. Fabreqasın yenidən “Barselona”ya qayıtmasında da Pikenin böyük rolu olmuşdu. Ulduz futbolçular Fabreqasın “Çelsi”yə transferindən sonra da əlaqələrini davam etdirirlər.

Xəbər lenti