29 İyul 00:29 “Yaxşı ki, sonda qələbə qazana bildik” - Aylton
FUTBOL xəbərləri 29 İyul 00:29
769 baxış

“Yaxşı ki, sonda qələbə qazana bildik” - Aylton

“Oyun çox yaxşı keçdi. Təəssüf ki, son dəqiqələrdə qol buraxdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin braziliyalı müdafiəçisi Aylton deyib.

 

Türkiyə hazırlığı çərçivəsində Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Faysali” ilə oyundan sonra klubun rəsmi saytına açıqlama verən müdafiəçi oyunu dəyərləndirib:

 

“Amma yaxşı ki, sonda qələbə qazana bildik. Məşqçimiz mümkün qədər çox top saxlamağı tələb edirdi, biz isə bunu yerinə yetirməyə çalışırdıq. Qələbənin davamını gətirmək üçün çox çalışmalıyıq”.

Xəbər lenti