26 Oktyabr 18:11 Yeni siyahı, köhnə adlar
FUTBOL xəbərləri 26 Oktyabr 18:11
5814 baxış

Yeni siyahı, köhnə adlar

2016-cı il üçün Azərbaycanın FİFA hakimliyinə namizədlərinin siyahısı müəyyənləşib. Apasport.az saytının xəbərinə görə, yeni siyahıda heç bir dəyişiklik edilməyib.

 

Bu isə o deməkdi ki, 2015-ci ildə ölkəmizi beynəlxalq oyunlarda təmsil edən ədalət təmsilçilərinin adları yenidən FİFA-ya göndərilib.

 

Ali futbol qurumuna 21 referinin adı təqdim edilib. FİFA təsdiqlədikdən sonra Azərbaycanı qarşıdakı ildə beynəlxalq arenada baş hakim kimi Əliyar Ağayev, Rəhim Həsənov və Orxan Məmmədov təmsil edəcəklər.

 

Qadın referilərimizdən isə Səbayel Qurbanova və Yuliya Qurbanova baş hakim funksiyasını yerinə yetirəcək.

 

 

Referilər: Əliyar Ağayev, Rəhim Həsənov, Orxan Məmmədov

 

Referi köməkçiləri: Yaşar Abbasov, Zeynal Zeynalov, Namiq Hüseynov, Mübariz Haşimov, Vaqif Musayev, Rza Məmmədov

 

Futzal üzrə FİFA referiləri: Elçin Səmədli, Yusif Nurullayev, Ramil Namazov

 

Çimərlik futbolu üzrə FİFA referiləri: Əfqan Həmzəyev, İnqilab Məmmədov, Sədaqət Vəliyeva

 

Qadın FIFA referiləri: Səbayel Qurbanova, Yuliya Qurbanova  

 

Qadın FIFA referi köməkçiləri: Gülyana Güvəndiyeva, Xəyalə Əzizzadə, Aybəniz Əsgərzadə, Lamiyyə Sadıqova

 

Xəbər lenti